Dünya üzrə xərçəng hallarının sayı 2024-cü ildəki 21 milyondan ataraq 2050-ci ilə qədər 34 milyona çatacaq.
Alimlər proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər dünya üzrə yeni xərçəng hallarının sayı təxminən 67% artacaq.
Amma bu xərçəng ölümlərinin demək olar ki, yarısının qarşısı alına bilər.
Turkustan.az xəbər verir ki, tədqiqat “CA: A Cancer Journal for Clinicians” jurnalında dərc edilib.
Bu artımın əsas səbəbi sağlamlığın pisləşməsi deyil, qocalan əhalidir. İnsan nə qədər uzun yaşayırsa, xərçəng bir o qədər çox yayılır və risk yaşla artır. Dünya üzrə hər beş nəfərdən birinə ömründə ən azı bir dəfə xərçəng diaqnozu qoyulacağı təxmin edilir.
Amerika Xərçəng Cəmiyyətindən Hyunah Sohnun rəhbərlik etdiyi tədqiqatçılar 2024-cü il üçün qlobal GLOBOCAN layihəsinin məlumatlarına əsaslanıblar. Keçən il dünyada 21 milyon yeni xərçəng və 9,8 milyon ölüm halı qeydə alınıb.
Ağciyər xərçəngi ən çox yayılmış xəstəlik olaraq qalır -bütün xərçəng xəstəliklərinin 13%. Ardınca qadınlarda döş xərçəngi gəlir.
Qorxulu proqnoza baxmayaraq, müəlliflər vurğulayırlar ki, bu halların və ölümlərin əhəmiyyətli bir hissəsi qarşısı alına bilər. Onların hesablamalarına görə, siqaret və alkoqoldan imtina etmək, sağlam qidalanma, fiziki fəaliyyət, xərçəngə səbəb olan viruslara qarşı peyvənd və erkən diaqnoz, əks halda xərçəngdən öləcək insanların demək olar ki, yarısını xilas edə bilər.
Alimlərin fikrincə, səhiyyə sistemlərinə artan yük, xüsusilə diaqnoz və müalicə üçün resursların kifayət etmədiyi aşağı və orta gəlirli ölkələrdə daha ağır olacaq.
Buna görə də müəlliflər yaxınlaşan artımın təsirini azaltmaq üçün xərçəngin qarşısının alınmasına və erkən aşkarlanmasına təcili investisiya qoyulmasına çağırırlar. /Cebheinfo.az/