Britaniya Avropaya yaxınlaşır: Börnhemdən mühüm mesaj


Böyük Britaniyanın Baş naziri Endi Börnhem Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşündə ölkəsinin Avropaya daha da yaxınlaşmaq istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Almaniyada rəsmi səfərdə olan Börnhem Berlində Kanslerlikdə Merts ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.

Börnhem Berlində olmaqdan məmnunluğunu ifadə edərək, səfəri çərçivəsində iki ölkə arasında müdafiə və kəşfiyyat sahələrində əməkdaşlığı nəzərdə tutan Kensington Müqaviləsinin təsdiqlənəcəyini bildirib.

Britaniya Baş naziri London və Berlinin birlikdə daha güclü olduğunu vurğulayıb. O, çətin dövrlərdə ən yaxın tərəfdaşlarla yüksək səviyyədə əməkdaşlığın vacibliyini qeyd edərək, Almaniyanı bu prosesdə əsas tərəfdaşlardan biri kimi gördüyünü deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ