Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 82,19 dollara satılır.
Turkustan.az xəbər verir ki, ötən gün 82,54 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 82,45 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.15-ə bağlanış vaxtı ilə müqayisədə 0,32 faiz azalaraq 82,19 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 77,52 dollara satılıb.
Neft qiymətlərində istiqamət axtarışları davam edir.
Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin azalması ilə bağlı məlumatlar qiymətlərə təsir göstərib.
Amerika Neft İnstitutu ölkədə xam neft ehtiyatlarının 9 milyon 47 min barrel artdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1 milyon 467 min barel artacağı idi.
ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq.
Qlobal iqtisadiyyatla bağlı mənfi gözləntilər qiymətlərə təzyiq etməkdə davam edir.
Bazarların diqqəti həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun bazar konyukturasını qiymətləndirmək və hasilat siyasətlərini nəzərdən keçirmək üçün bazar günü keçiriləcək iclasındadır.
İclasın ən mühüm mövzularından birinin Səudiyyə Ərəbistanının iyul ayından etibarən könüllü olaraq həyata keçirdiyi gündəlik 1 milyon barel əlavə hasilatın azaldılması olacağı gözlənilir.
Neft qiymətləri ötən həftə son 4 ayda ən aşağı səviyyəyə çatdıqdan sonra OPEC+ qrupunun qiymətləri istənilən səviyyədə saxlamaq üçün hasilatı azalda biləcəyi düşünülür. Digər tərəfdən, ekspertlər bildirirlər ki, hasilat azalsa belə, gələn il bazarlarda artıq təklif qaçılmazdır.
Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 82,60-83,14 dollar arası diapazon müqavimət, 82,06-81,52 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.
Eltac/Turkustan.az