Ukrayna Tatarıstana PUA zərbəsi endirdi - 2 nəfər ölüb, 12 yaralı var


Ukrayna Ordusu Tatarıstana piotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Nijnekamsk şəhərində avtomobilə endirilən PUA zərbəsi nəticəsində 2 nəfər ölüb.

Sənaye və mülki obyektlərə PUA zərbələri zamanı 12 nəfər də xəsarət alıb.

Nijnekamsk şəhərində PUA hücumundan sonra müəssisələrdən birində baş vermiş yanğının söndürülməsi də davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ