İran Hörmüz boğazında yeni bir plan hazırlamağa çalışır


İran və Körfəz ölkələrinin xarici işlər nazirlərinin Hörmüz boğazında dəniz nəqliyyatının bərpası üçün müvəqqəti razılaşma əldə etmək məqsədilə Omanda görüşəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, bəzi Körfəz ölkələri görüşdə iştirak etməyə razılıq verib.

Omanın vasitəçiliyi ilə Səlalədə keçirilməsi planlaşdırılan danışıqlarda İran-İsrail münaqişəsinin başlanmasından sonra ilk dəfə altı Körfəz Əməkdaşlıq Şurası ölkəsinin xarici işlər nazirləri və yüksək vəzifəli İran rəsmisi bir araya gələcək.

Görüşün əsas gündəmində Hörmüz boğazında dəniz nəqliyyatının bərpası və bunun üçün müvəqqəti razılaşmanın əldə olunması dayanır.

Bununla belə, ABŞ mümkün razılaşmanın əldə olunması qarşısında əsas maneə olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ