Süni intellekt şirkəti Anthropic-in yayımladığı hesabat süni intellektdən sui-istifadənin kiberhücumlarla məhdudlaşmadığını ortaya qoyub.
Turkustan.az xəbər verir ki, hesabatda raket proqram təminatı, casusluq, təbliğat fəaliyyəti və bioloji silah tədqiqatları da daxil olmaqla müxtəlif risklərə diqqət çəkilir.
Anthropic-in hesabatında 2025-ci ilin dekabrından 2026-cı ilin avqustuna qədər şirkətin süni intellekt modellərindən istifadə ilə bağlı aşkarlanan sui-istifadə halları araşdırılıb.
Hesabatda kiber əməliyyatlar, təsir əməliyyatları, nəzarət, fırıldaqçılıq, bioloji tədqiqatlar və ənənəvi silahların hazırlanması cəhdləri də daxil olmaqla yeddi istiqamət üzrə çoxsaylı hallar təhlil edilib.
Bildirilir ki, sözügedən fəaliyyətlərdə əsasən Claude-un Haiku, Sonnet və Opus modellərindən istifadə olunub. Şirkətin daha yeni və güclü Fable və Mythos sinif modellərinin isə aşkarlanan sui-istifadə hallarının heç birində iştirak etmədiyi, yalnız bir “model surəti” cəhdinin istisna təşkil etdiyi qeyd olunub.
Hesabatın yayımlanmasından əvvəl Anthropic tədqiqatçısı Ceykob Kokson süni intellekt sənayesində “nəzarətsiz artım” səbəbindən istefa verib. Kokson texnologiyanın sürətli inkişafı ilə bağlı narahatlığını ifadə edərək, “Həyatımız qumara atılır” deyib.
Aytən Yaşar/ Turkustan.az