İsrail-Livan danışıqlarının növbəti raundu oktyabr ayına təxirə salınıb.
Turkustan.az xəbər verir ki, sentyabrın 15-16-da İtaliyanın paytaxtı Romada keçirilməsi planlaşdırılan danışıqların 8-ci raundu oktyabr ayına keçirilib.
“Axios”a danışan ABŞ rəsmilərinin sözlərinə görə, təxirəsalınmaya səbəb qarşıdan gələn yəhudi bayramları, Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə keçiriləcək Paris Konfransı və BMT Baş Assambleyasına hazırlıqlardır.
Bildirilib ki, sıx diplomatik qrafik əsas iştirakçıların Romada görüşməsinə imkan verməyib.
Bununla belə, danışıqların təxirə salınmasına baxmayaraq, İsrail və Livan səfirlərinin Vaşinqtonda ABŞ Dövlət Departamentində təmasları davam etdirəcəyi qeyd olunub.
Məlumata görə, görüşlər Hizbullahın tərksilah edilməsini və İsrail ordusunun cənubi Livandan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan çərçivə sazişinin həyata keçirilməsinə yönələcək.
Aytən Yaşar/ Turkustan.az