Rusiya Ukraynadakı itkilərini kompensasiya etmək üçün xarici muzdlu döyüşçülərin cəlbini sistemli şəkildə davam etdirir.
Turkustan.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Hərbi İnkişaf İdarəsinin rəisi, general-leytenant Oleq İvaşçenko “The Times” qəzetinə müsahibəsində Rusiyanın Ukraynadakı müharibəyə 28 mindən çox əcnəbi cəlb etdiyini bildirib.
İvaşçenko qeyd edib ki, Ukrayna kəşfiyyatı Rusiyanın xaricdə muzdlu döyüşçü toplamasının qarşısını almaq üçün müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat qurumları ilə məlumat mübadiləsi aparır. Eyni zamanda, həmin ölkələrin əhalisini məlumatlandırmaq məqsədilə qeyri-kinetik əməliyyatlar həyata keçirilir.
General əlavə edib ki, Rusiya Şimali Koreya ilə hərbi əməkdaşlığını da genişləndirir.
Aytən Yaşar/ Turkustan.az