Putindən Avropa üçün müharibə xəbərdarlığı: Qoşun göndərsəniz...


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avropa ölkələri Ukraynaya qoşun göndərərsə, bu, həmin ölkələrin Rusiya ilə müharibəyə girməsi kimi qiymətləndiriləcək.

Turkustan.az xəbər verir ki, Putin Hindistanda keçirilən BRICS sammitində çıxışı zamanı Qərb ölkələrinin Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək siyasətinin uğursuzluğa düçar olduğunu deyib. O, sülh danışıqları bəhanəsi ilə Ukraynaya xarici qoşunların yerləşdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Rusiya lideri Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra regionda baş verən dəyişikliklərin Rusiya ilə əldə olunan razılaşmalar çərçivəsində həyata keçirildiyini iddia edib. Putin Qərbin həmin razılaşmalardan geri çəkildiyini və Rusiyanın maraqlarına zidd addımlar atdığını bildirib.

O, Avropanın siyasi elitasını Rusiya ilə müharibəyə hazırlaşmaqda ittiham edib. Bununla yanaşı, Putin Rusiyanın Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını bir daha bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ