2026-cı il ərzində Azərbaycanın ixrac etdiyi qurbağa ayağının həcmi açıqlanıb.
Sorğumuza cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, cari il ərzində Agentlik tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla 22.5 ton qurbağa ayağı ixrac edilib.
Məhsul Fransa, İtaliya və İspaniyaya göndərilib.
Qeyd edək ki, Azərbaycan 2025-ci il ərzində də həmin ölkələrə təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib./bizimmedia