Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı vasitəçilik təklif edib. Kreml Moskva rəhbərliyinin bu təşəbbüsü müsbət qarşıladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Dehlidə keçirilən BRICS sammitindən sonra Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Çin Prezidenti Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi Ukrayna ilə bağlı sülh danışıqlarında vasitəçilik etməyə hazır olduqlarını ifadə ediblər.
Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hər iki ölkənin təklifini alqışlayıb.
Çin Prezidenti Si Cinpin isə BRICS ölkələrinin əməkdaşlığı daha da dərinləşdirməli olduğunu bildirib. O, sənaye və təchizat zəncirlərinin sabitliyinin qorunmasının və inteqrasiya olunmuş bazarın yaradılmasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az