Rusiya və Çin Qərbə meydan oxudu: BRICS Zirvəsinin sirləri


BRICS ölkələri Hindistanın paytaxtı Yeni Dehlidə iki günlük zirvə görüşü üçün bir araya gəlib.

Turkustan.az xəbər verir ki, Qərb ölkələrinin iştirak etmədiyi sammitdə çıxış edən Çin prezidenti Si Cinpin BRICS üzvləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Si Cinpin üzv ölkələri əməkdaşlığı gücləndirməyə, innovasiya, sülh və sabitliyi təşviq etməyə çağırıb. O, Çinin gələn il BRICS-ə sədrlik edəcəyini və 19-cu zirvə görüşünə ev sahibliyi edəcəyini açıqlayıb.

Çin daha əvvəl 2011, 2017 və 2022-ci illərdə BRICS sammitlərinə ev sahibliyi edib.

Si Cinpin bildirib ki, həmrəylik və əməkdaşlıq BRICS-in 20 illik fəaliyyəti boyunca əsas güc mənbəyi olub. O, üzv ölkələri bir-birinə səmimi yanaşmağa, fikir ayrılıqlarına hörmətlə yanaşaraq ortaq məxrəc axtarmağa və bir-birinin fundamental maraqlarını nəzərə almağa çağırıb.

Rusiya üzrə ekspert Buğra Bəkir İşılak “Hürriyet.com.tr”yə açıqlamasında BRICS-in Rusiya və Çinə Qərb ölkələrində mövcud olmayan diplomatik imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, zirvə görüşü Qərbə yönəlmiş bir mesaj xarakteri daşıyır.

Ekspert həmçinin BRICS-in Türkiyəyə strateji muxtariyyət baxımından üstünlük verdiyini və Ankaranın uzunmüddətli perspektivdə yeni iqtisadi seçimlər əldə edə biləcəyini qeyd edib.

Si bildirib ki, BRICS əməkdaşlığının sabit və uzunmüddətli inkişafını təmin etmək üçün üzvlər qarşılıqlı anlaşmanı dərinləşdirməli və fikir ayrılıqları ünsiyyət və dialoq yolu ilə müvafiq şəkildə idarə olunmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ