İsrail ordusunun işğal olunmuş Qərb Şəriyəsində yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığı bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin “Walla” xəbər saytı təhlükəsizlik mənbələrinə istinadən ordunun bölgədə “terrorizmə qarşı hərtərəfli müdaxilə” adlandırdığı əməliyyat üçün hazırlıq gördüyünü yazıb.
Məlumata görə, mümkün eskalasiya daha çox fələstinli qaçqın düşərgəsinə müdaxilə və Qərb Şəriyəsinin şimalında genişmiqyaslı hərbi əməliyyatların keçirilməsini əhatə edə bilər.
İsrail təhlükəsizlik qüvvələri siyasi rəhbərliyin daha çox qaçqın düşərgəsinin ələ keçirilməsi və bölgənin şimalında əməliyyatların genişləndirilməsi üçün təzyiq göstərə biləcəyini bildiriblər.
Həmçinin İsrail ordusunun bölgəyə nəzarəti gücləndirmək məqsədilə yeni hərbi məntəqələr inşa etdiyi qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az