Şəkidə “Zipline” faciəsinin qurbanlarından biri olan Coşqun Məmmədzadənin dayısı danışıb.
Turkustan.az xəbər verir ki, mərhumun dayısı İftixar Saadov bildirib ki, hadisə barədə məlumatı ilk o alıb:
“Getdim gördüm birinci üzü saqqalı bir adam. Çəkidə Coşqunla eyni olsa da, baxdım ki, o deyil. Sonra dedilər ki, digər meyit 200 metr aralıdadır. Gedib gördüm, orada boynu əyilmiş vəziyyətdə… Sevdiyi qız da yanında idi.
Nə baş verdiyini soruşanda dedilər tros silkələnib, “rolik” yerindən çıxıb. Dedim ikisi də ağır çəkili adamdır, niyə eyni vaxtda mindirmisiniz? Dedilər ki, “rolik” 240 kilo çəkiyə davamlıdır. Bunların da ikisinin çəkisi 240 kilo olardı. İkisi də eyni zamanda xəttə olmuşdu. Biri gedib çatmalı, sonra o biri çıxmalı idi”.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: