Polşa Rusiyanın Qərbi Ukraynaya hücumlarına cavab verdi


Rusiyanın Ukraynaya gecə hücumu Polşada Kiyevə hərbi dəstəyin artırılması ilə bağlı çağırışları gücləndirib.

Turkustan.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə nazirinin müavini Sezari Tomçik sosial media hesabında paylaşım edib.

Tomçik Ukraynaya hərbi dəstək verib-verməmək barədə düşünən hər kəsi son hücumdan nəticə çıxarmağa çağırıb.

“Ukraynanı hərbi cəhətdən dəstəkləyib-dəstəkləməməyi düşünən hər kəs bu gecədən nəticə çıxarmalıdır”, - deyə o bildirib.

Polşalı nazir müavini qeyd edib ki, müharibə bəzi insanlar üçün hələ də uzaq və qeyri-real görünə bilər. Lakin onun sözlərinə görə, döyüşlər əslində Polşa sərhədinə çox yaxın ərazidə gedir.

Tomçik son hücumların bu reallığı açıq şəkildə göstərdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ