AfD iki kritik sınaqla üzləşir: Vəziyyət dəyişir


Saksoniya-Anhalt əyalətində səslərin 43,8 faizini toplayaraq tarixi qələbə qazanan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası uğurunu ölkə miqyasında genişləndirmək üçün iki mühüm seçkiyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, AfD üçün ilk sınaq Qərbi Almaniyanın Aşağı Saksoniya əyalətində keçiriləcək bələdiyyə seçkiləri, əsas sınaq isə gələn həftə Meklenburq-Ön Pomeraniyada baş tutacaq əyalət seçkiləri olacaq.

Hazırda sorğularda təxminən 35 faiz səslə lider olan AfD Meklenburq-Ön Pomeraniyada da birinci partiya olarsa, bu, Saksoniya-Anhaltdakı nəticənin təsadüfi regional uğur olmadığını və partiyanın seçici bazasını ölkə üzrə genişləndirdiyini göstərə bilər.

Solçuların qalası hesab edilən Berlində isə AfD mərkəz-sağ CDU və solçu Die Linke ilə birinci yer uğrunda mübarizə aparır. Sorğulara görə, hər üç partiyanın dəstəyi təxminən 20 faizdir.

Meklenburq-Ön Pomeraniyada isə BSW-nin taleyi diqqət çəkir. Sorğular partiyanın 5 faizlik seçki baryerini keçə bilməyəcəyini göstərir. Bu isə BSW-nin əyalət parlamentindən kənarda qalması ehtimalını artırır.

AfD-nin Saksoniya-Anhaltdakı uğurundan sonra partiyanın həmsədri Alis Vaydel 2029-cu il federal seçkilərində səslərin ən azı 40 faizini toplamağı hədəflədiklərini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ