Rusiyanın Odessaya endirdiyi zərbələr nəticəsində 20 nəfər yaralanıb. Yaralılar arasında iki uşaq da var.
Turkustan.az xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Lısak bildirib ki, hücum nəticəsində 2010-cu il təvəllüdlü oğlan və 2017-ci il təvəllüdlü qız da yaralanıb.
Hazırda hücumun nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az