Polşa qarşıdakı həftə və aylarda Rusiyanın artan fəaliyyətinə hazır olmalı və eskalasiyanın ölkə ərazisinə də təsir göstərə biləcəyi nəzərə alınmalıdır.
Turkustan.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Polşa sərhədləri yaxınlığında Rusiyanın növbəti hücumundan sonra təhlükəsizlik vəziyyətinə həsr olunmuş təcili iclasda bildirib.
Tusk Hökumət Təhlükəsizlik Mərkəzində çıxışı zamanı qarşıdakı həftə və aylarda Rusiyanın “çox intensiv fəaliyyət dövrünə” hazırlaşmağın vacibliyini vurğulayıb.
“Bildiyimiz və gözləyə biləcəyimiz odur ki, qarşıdakı həftələr və aylar Rusiyanın çox intensiv hərəkətləri dövrü olacaq. Təəssüf ki, bu eskalasiyanın ərazimizə də təsir göstərəcəyini istisna edə bilmərik”, – deyə Tusk bildirib.
Baş nazir qeyd edib ki, son aylarda Polşa hakimiyyəti həm ölkənin təhlükəsizlik xidmətlərindən, həm də müttəfiqlərindən Rusiyanın fəaliyyətində mümkün eskalasiyanın artacağı ilə bağlı məlumatlar alıb.
Aytən Yaşar/ Turkustan.az