Çinin illərdir xarici dünyadan gizli saxladığı hərbi proqramlardan biri yeni görüntülərin ortaya çıxması ilə yenidən diqqət mərkəzinə düşüb.
Turkustan.az xəbər verir ki, nəhəng ölçüləri ilə seçilən və ABŞ-ın B-2 bombardmançı təyyarəsi ilə müqayisə olunan sirli platformanın əsl missiyası hələ də məlum deyil.
Peyk görüntüləri və sızdırılan fotolar Çinin hazırladığı bu nəhəng pilotsuz uçuş aparatının (PUA) miqyasını ortaya qoyub. “Malan Canavarı” adlandırılan platformanın Çinin mühüm hərbi sınaq mərkəzlərindən birində hazırlandığı ehtimal edilir.
Mütəxəssislərin fikrincə, qurğunun dizaynı onun adi kəşfiyyat PUA-sı olmadığını göstərir. Platformanın yüksək hündürlükdə uçuşlar həyata keçirə və minlərlə kilometr uzaqlıqdakı hədəfləri izləyə bilən yeni nəsil kəşfiyyat sistemi olması ehtimal olunur.
Nəhəng ölçüləri ilə diqqət çəkən təyyarənin ABŞ-ın B-2 bombardmançısına bənzər dizayna malik olması da maraq doğurur. Bununla belə, layihənin texniki xüsusiyyətləri və konkret təyinatı barədə rəsmi məlumat açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az