İsrailin keçmiş baş naziri Ehud Barak hazırkı Baş nazir Benyamin Netanyahunun oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkiləri təxirə sala biləcək müharibəyə zəmin yaratdığını iddia edib.
Turkustan.az xəbər verir ki, Barak İsrailin “12-ci Kanal” televiziyasına açıqlamasında deyib: “Netanyahu seçkiləri təxirə sala biləcək müharibə üçün zəmin yaradır”.
Barak Netanyahunun “rahat yatdığını” bildirərək, baş nazirin daha əvvəl səsləndirdiyi “Bir millətin həyatı baş nazirin şəxsi yaşam yolu deyil” ifadəsini xatırladıb.
Keçmiş baş nazir Netanyahunun hakimiyyətdən getməsinə işarə edərək deyib: “Onun oktyabrın 27-də hakimiyyətdən birdəfəlik getməsini təmin etmək üçün əlimizdən gələni etməliyik”.
Barakın bu açıqlamaları İsraildə seçkilərə bir aydan az vaxt qaldığı və seçki kampaniyalarında təhlükəsizlik məsələlərindən istifadə ilə bağlı daxili müzakirələrin qızışdığı bir vaxtda səslənib.
Aytən Yaşar/ Turkustan.az