İsrail Qəzzanı bombaladı: 5 fələstinli həlak oldu


Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzzada yaşayış binasına endirdiyi zərbə nəticəsində biri gənc qız olmaqla 5 fələstinli həlak olub.

Turkustan.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağının qərbində yerləşən Əl-Əsala binasının birinci mərtəbəsinə hava zərbəsi endirib.

Hücum nəticəsində 5 fələstinli, o cümlədən bir gənc qız həlak olub, bir neçə nəfər yaralanıb. Zərbə nəticəsində ərazidə ciddi dağıntılar yaranıb.

Həlak olanların və yaralananların şəhərdəki Şifa xəstəxanasına çatdırıldığı bildirilib.

2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən sonra İsrailin Qəzzaya hücumları nəticəsində təxminən 1500 fələstinli həlak olub, 5 mindən çox insan yaralanıb.

2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölən fələstinlilərin sayı 74 040-a, yaralananların sayı isə 175 168-ə çatıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ