Kiyevdə hava hücumu xəbərdarlıqları zamanı bəzi körpülərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
Turkustan.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava hücumu zamanı Darnitski körpüsündə sağ sahildən sol sahilə hərəkət bir zolaqla məhdudlaşdırılır. Metro körpüsü və Podilski körpüsünün sol sahildən sağ sahilə keçid hissəsində isə nəqliyyatın hərəkəti dayandırılır.
Bundan əlavə, Rusiyanın bir neçə hücumundan sonra Cənub körpüsü həm avtomobillərin, həm də metro qatarlarının hərəkəti üçün tamamilə bağlanıb. Bu məhdudiyyət hava hücumu xəbərdarlığının olub-olmamasından asılı olmayaraq qüvvədədir.
Aytən Yaşar/ Turkustan.az