ABŞ prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərdən danışaraq Prezident Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb.
Turkustan.az xəbər verir ki, Tramp Türkiyənin F-35 qırıcı təyyarə proqramından çıxarılmasına səbəb olan CAATSA sanksiyalarının ləğvi ilə bağlı suala cavabında deyib: “Mən Türkiyəni sevirəm. Mən həmişə Prezident Ərdoğanla danışıram. Bildiyiniz kimi, o, mənim dostumdur. Mən Ərdoğanı həmişə xoşbəxt edəcəyəm”.
Tramp bu açıqlamanı Respublikaçılar Partiyasının seçki kampaniyası çərçivəsində Alabama ştatına səfər etmək üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırdığı zaman verib.
ABŞ prezidenti İranla bağlı növbəti addımın nə olacağı barədə suala isə belə cavab verib: “Əgər sizə desəm, bu sizin üçün böyük xəbər olardı, elə deyilmi? Görəcəksiniz. Hər şey çox yaxşı gedir. İran da yaxşı deyil”.
Aytən Yaşar/ Turkustan.az