Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Turkustan.az xəbər verir ki, ölkəmizdə ictimai səhiyyənin aktual problemlərinə və inkişaf perspektivlərinə həsr olunan konfransda dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, səhiyyə və tibb işçiləri, tanınmış şəxslər iştirak ediblər.
Konfrans çərçivəsində İSİM tərəfindən ictimai səhiyyənin aktual mövzularına dair müxtəlif illərdə görülən işləri əks etdirən foto və çap materiallarından ibarət sərgi nümayiş olunub.

