Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!


Azərbaycanın Avropa Birliyinə üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri var və AB-yə üzv 10 ölkə ilə belə formatı var.

Turkustan.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, son müddət ərzində iki tarixi hadisə baş verib:

"Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanıb. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır".


MANŞET XƏBƏRLƏRİ