Avstraliyada dəhşətli anlar! Maşın izdihama çırpıldı: Xəsarət alanlar var


Avstraliyanın Sidney şəhərində avtomobilin izdihama çırpılması nəticəsində 10 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, hadisə reqbi komandasını qarşılamaq üçün yol kənarında toplaşan insanların olduğu ərazidə baş verib.

Hadisə yerli vaxtla saat 09:30 radələrində qeydə alınıb. Avtomobilin izdihama çırpılması nəticəsində 10 nəfər xəsarət alıb.

Polis hadisə ilə bağlı 18 yaşlı sürücünü saxlayıb. Hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün araşdırma başlanıb.

Səlahiyyətlilər istintaqın davam etdiyini bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ