İran mediası Hörmüz boğazındakı Qeşm adası yaxınlığında partlayış səslərinin eşidildiyini bildirib.
Turkustan.az xəbər verir ki, yarırəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Hörmüz boğazı ətrafında partlayış səsləri eşidilib.
Məlumata əsasən, Qeşm adasında partlayış səslərinin eşidilməsinə baxmayaraq, aparılan araşdırmalar nəticəsində adada və ətraf ərazilərdə hər hansı təhlükəsizlik hadisəsi qeydə alınmayıb.
Xəbərdə partlayış səsinin Hörmüz boğazı istiqamətindən gəldiyi və bunun boğazdan keçməyə çalışan gəmiyə müdaxilə nəticəsində baş verə biləcəyi ehtimalının irəli sürüldüyü qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az