Rusiyadan daha bir xəbərdarlıq: Kiyevi tərk edin!


Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşlara və diplomatlara Kiyevi tərk etmək, həmçinin Ukraynaya səfər etməmək barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Rusiya XİN Rusiya ordusunun Kiyev və Ukraynanın digər şəhərlərindəki hərbi hədəflərə zərbələri davam etdirəcəyini bildirib.

Bəyanatda deyilir: “Rusiya Silahlı Qüvvələri intensiv cavab zərbələri endirməyə davam edəcək. Biz bir daha xarici vətəndaşları, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarını Ukraynada olmamaq və ölkəyə səfər etməmək barədə xəbərdar edirik”.

Qeyd olunub ki, Rusiya may ayında da Kiyevdəki xarici vətəndaşları və diplomatları şəhəri tərk etməyə çağırıb. Həmçinin Ukraynada yaşayan şəxslərə hərbi və inzibati infrastruktur obyektlərindən uzaq durmaları tövsiyə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ