Trampın kürəkəni Kuşnerin İsrail müdafiə sektoruna sərmayəsi üzə çıxdı


ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Qəzzada İsrail və HƏMAS arasında aparılan danışıqlarda vasitəçilik etdiyi vaxt İsrail müdafiə sənayesinə maliyyə dəstəyi göstərən şirkətdə pay sahibi olduğu məlum olub.

Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə, Ağ Evin Yaxın Şərq üzrə müşaviri kimi Qəzza zolağında humanitar böhrana son qoymaq məqsədilə aparılan danışıqlarda əsas vasitəçilərdən biri olan Kuşnerin “Affinity Partners” investisiya şirkəti vasitəsilə İsrailin müdafiə sektoruna maliyyə yatırımları edən “Phoenix Financial” şirkətində payı var.

Məlumata görə, ABŞ, İsrail və Körfəz ölkələrinə investisiya yatıran “Affinity Partners” iyul ayına olan məlumata əsasən, Təl-Əvivdə yerləşən və dəyəri 1 milyard dollardan çox olan “Phoenix Financial” şirkətinin 7,4 faiz səhminə sahib olub.

“Phoenix Financial”in İsrail müdafiə sənayesinə təchizat həyata keçirən şirkətlərlə maliyyə əlaqələrinin olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ