"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliş Fondu-nun və Azərbaycan respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) tərəfdaşlığıığı ilə həyata keçirilir.
2026-cı il sentyabrın 29-da layihə çərçivəsində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri Füzuli şəhərində keçirilib.
Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərə yaxın kəndlərdə yaşayan və fəaliyyət göstərən şəxslərin mina təhlükəsi barədə məlumatlılığının artırılması, onların təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi və mina hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.
Tədbirdə yerli sakinlər, Ağdam,Füzuli və Xocavənd rayonlarında Bərpa tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin Regionların inkişafı və idarə edilməsi departamentinin əməkdaşları iştirak ediblər. Görüş zamanı iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, onların insan həyatı və sağlamlığı üçün doğura biləcəyi risklər, mina partlayışları nəticəsində baş verə biləcək xəsarətlər, bu xəsarətlərin ağırlıq dərəcəsi və həyat üçün yaratdığı təhlükələr barədə məlumat verilib.
"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi donar təşkilatlara və Ağdam, Xocavənd və Füzuli rayonlarında Prezidentin xüsusi nümayəndəliyinə tədbirin keçirilməsi üçün göstərdiyi qayğıya görə təşəkkürünü bildirib.






