ABŞ-da İranla bağlı gizli toplantı: Rəsmilər bir araya gəldi


ABŞ hökumətinin yüksək vəzifəli rəsmilərinin İranla müharibədə atılacaq növbəti addımları və Yəməndə İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı arasındakı müharibə ilə bağlı məsələləri müzakirə etmək üçün Kemp Deviddə görüş keçirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, “Axios” üç ABŞ rəsmisinə istinadən prezident Donald Trampın yüksək vəzifəli köməkçilərinin Kemp Deviddə bir araya gəldiyini yazıb.

Məlumata görə, görüşdə ABŞ-İran müharibəsində atılacaq növbəti addımlar, həmçinin Yəməndə İranın dəstəklədiyi husilərlə bağlı məsələlər müzakirə olunub. Görüşə ABŞ-ın vitse-prezidenti JD Vensin sədrlik etdiyi bildirilir.

Rəsmilərin sözlərinə görə, toplantıda ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ