Əlcəzair prezidenti Əbdülməcid Tebbun avqust ayında Nigerin paytaxtı Niameydə baş verdiyi bildirilən dövlət çevrilişinə cəhddən sonra ölkəsinə döyüş təyyarələri göndərdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Əlcəzair Prezident Administrasiyası cümə axşamı Tebbunun yerli mediaya verdiyi müsahibədən bəzi hissələri yayımlayıb.
Tebbun Nigerdə baş verən hadisələri Əlcəzairə qarşı “təxribat” kimi qiymətləndirib.
“Bəzi şəxslər sərhədi keçdiyi üçün təyyarələr göndərildi”, - Əlcəzair prezidenti deyib.
Tebbun bildirib ki, Nigerin Baş naziri Əli Mahamane Lamine Zeine hadisələrdən qısa müddət əvvəl Əlcəzairə səfər edib və həmin gecə ölkəsinə qayıdıb. Onun sözlərinə görə, bundan sonra Nigerdə çevriliş cəhdi baş verib.
“Vəziyyət aydındır. Bu, bizə qarşı təxribat idi. Mən də bunun müqabilində təyyarələr göndərəcəyəm. Gözə göz, dişə diş”, - Tebbun bildirib.
Aytən Yaşar/ Turkustan.az