Maduronun taleyini dəyişdirən cavab! Tramp düyməni basdı


ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı mühüm qərar verməzdən əvvəl Elon Muskın süni intellekt çatbotu “Grok”a Maduro ilə bağlı sual verdiyi ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, “TIME” jurnalının məlumatına görə, Tramp 2025-ci ilin dekabrında Elon Muskla Ağ Evdə keçirdiyi qapalı görüş zamanı “Grok”dan Venesuela prezidenti Nikolas Maduro ələ keçiriləcəyi təqdirdə ölkə əhalisinin buna necə reaksiya verəcəyini soruşub.

ABŞ rəsmisinin “TIME”a verdiyi məlumata görə, görüş zamanı Tramp həmçinin prezidentliyinin necə xatırlanacağı və siyasi irsi barədə “Grok”dan fikir alıb.

Məlumata görə, görüşün əsas mövzularından biri Venesuela olub. Tramp süni intellekt çatbotundan ABŞ-ın Maduronu ələ keçirməsi halında venesuelalıların mümkün reaksiyasını soruşub.

ABŞ rəsmisinin sözlərinə görə, “Grok” Maduronu “repressiv və çox populyar olmayan diktator” kimi xarakterizə edib və bir çox venesuelalının onun hakimiyyətdən getməsini müsbət qarşılayacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ