Aİ Rusiyaya qarşı ən genişmiqyaslı sanksiyalar paketini hazırlayır - Kallas


Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ qarşıdakı aylarda Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu paket Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından bəri ən böyük sanksiya paketlərindən biri ola bilər.

“Reuters”in məlumatına görə, Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Aİ-nin Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşdığını bildirib.

Kallasın sözlərinə görə, indiyədək tətbiq olunan sanksiyalar Rusiyaya ciddi iqtisadi zərər vurub və ölkənin hərbi maşınını 1 trilyon avrodan çox vəsaitdən məhrum edib.

“Payız üçün müharibənin başlanmasından bəri ən geniş sanksiya siyahısını hazırlayıram. Onların tətbiqindən sonra sanksiyaya məruz qalan Rusiya təşkilatlarının ümumi sayı dərhal üçdə bir artacaq”, – Kallas bildirib.

Aİ-nin ali nümayəndəsi vurğulayıb ki, Moskva müharibəyə son qoyana qədər Rusiyaya təzyiq artırılmalıdır

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ