Avqustun 18-i və 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bölgələrdə də yaxın iki gün ərzində - avqustun 18-i və 19-da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. “Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 31-36, dağlıq ərazilərdə 20-25 dərəcə isti olacaq”, - deyə G.Məmmədova qeyd edib. /AZƏRTAC/