Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
İlahi hökmün və mistik-fəlsəfi təlim inancının ifadəsi kimi min ildən sonra, 1945-ci ilin 08 may günündə Avropa qitəsinin mərkəzində, Berlin şəhərinin divarları önündə Türk xalqlarının milli-mənəvi, qeyri-maddi irsinin gələnək rəmzi olan “Köçəri” rəqs havasının sədaları ucalmış, Ərən Soyların qanından doğan Qələbə ovqatı, sevinci ilə Milli ruhun səs ahəngi doğmalaşmış və sübut olunmuşdur ki, bu Ruhun mənsub olduğu Soykökünə rəğmən zəhərli dillərin, mənfur xislətli sürülərin... alaçatıları “meydangirlik gücü”ndə deyil, yalnız Türk xalqlarına məxsus “Köçəri mədəniyyətinin bu el havası” (semantik söz kökünə, leksik ifadə məzmunu və fonetik səs tembirinə uyğun mədəni-estetik etnotoponim kimi) qəlbləri coşdura bilər, çünki bu irsin yaranması həm də tarixi keçmişin-Türkün dəyərlərinə nişanədir.
Bəşər tarixi Xalqların Böyük Köçünün (III-V və VIII-X əsrlərdə romalıların, keltlərin, almanların, anqlo-saksların, frankların, normandların...) səhifələri ilə zəngindir, amma “Türk xalqlarının köçəri mədəniyyəti” kimi beynəlxalq milli-mənəvi irsin yaranmasına səbəb olmayıb, bu mədəniyyətin təşəkkülü, inkişafı və Təbəddülat səviyyəsinə çatmasında (həm coğrafi məkanın miqyası, köç edənlərin sayı və etniqəbilə-tayfa zənginliyi, həm də köç tarixinin davamlılığı baxımından) əski Türkdilli qəbilə-tayfa birlikləri müstəsna rol oynamış, At belində keçdikləri yollar boyunca həm də dünya sivilizasiyasının izlərinə imza atmışlar. Digər fərqli amil odur ki, Türkdilli xalqların köçərək məskunlaşdıqları ərazilər zəbt edilən torpaqlar olmayıb, sərhədlər, etnobütövlük dəyişilməyib, eyni soykökünə söykək, doğma, qan-gen qohumluğu olan Ailə-Dil birliyinin assimlyasiyası xeyli dərəcədə genişlənmiş, milli-mənəvi bağlar güclənmişdir.
İnsan cəmiyyəti və bəşəri Təbəddülat mərhələlərinin təkamül irsi tarixi dövrün və zaman kəsiminin təbii-coğrafi özəlliklərindən yoğrulduğu kimi Türk qəbil-tayfa birliklərinin qan-gen yaddaşından qopan amillərin təsirlərindən də xali olmamış, hətta bütöv mərhələlər (əsrlərlə şaxələnmiş tarixi-coğrafi, ictimai-siyasi, maddi-mədəni, milli-fəlsəfi, ədəbi-bədii...irs dəyərlərini özündə birləşdirməklə) onların adı ilə bağlı olmuşdur. Bu sırada Türk köçəri mədəniyyətinin Təbəddülatı, formalaşma və inkişafı böyük Avrasiya qurusunda yüzilliklər/minilliklər ərzində xüsusi yer tutmaqdadır. İlkin cəmiyyət və milli təkamül dövrlərindən keçmiş dünya xalqları üçün səciyyəvi və tarixi zərurət olmuş (miqyasından asılı olmayaraq) köçərilik hər xalqın həyatında “Türk xalqlarının köçəri mədəniyyəti” kimi iz buraxmamış, eləcə də bəşəri sivilizasiya mərhələsi kimi tarixi təsirə malik olmamışdır.
Bu sivilizasiyanın fərqləndirici amilləri hansılardır?
-təbii mühit məkanının genişliyi, eyni Ailə-Dil kökənliyinə mənsub etnosoyların coğrafi ərazi bütövlüyü;
-məkan hüdudsuzluğu zaman hədlərini yox etdiyindən düşüncə sonsuzluğu yaranmış, mənəvi-ruhani dəyərlərin genişliyinə səbəb olmuş, Tanrı ocağıı və bütöv dini-sakral bütöv sistemin kult mədəniyyəti;
-relyef-landşaft müxtəlifliyinə baxmayaraq coğrafi yayılma arealının yalnız Türk soykökünə məbnsubluğu, bu hüdudlarda “Türk mədəniyyəti”nin hakimliyi;
-Türk soykökü üzərində yaranan etnobütövlüyün ənənə dəyərlərinin qorunub saxlanıması, həyat tərzinin dəyişilməzliyi və düşüncə irsinin milli əsaslarının dilk sisteminə uyğun bütövlüyü;
Qeyd edilənləri nəzərə almaqla Türk bütövlüyünə/mədəniyyətinə yanaşmada əsas prinsiplər kimi İlahi Haqq, Azad ruh, irqi-dini Bərabərlik, Təbiət, İnsan və Cəmiyyət Birliyi...adında dəyərlər “Türk xalqlarının köçəri mədəniyyəti”nin əsasını təşkil etmişdir.
Haşiyə. 1914-cü ildə erkən köç mədəniyyətinin arxeoloji qazıntıları aparılmış Altay diyarının, Üzür/Ujur nahiyəsində, İstisu/İzıkçul çayı sahillərində tapılmış qədim maddi-mədəni irs nümunələri əsasında 1927-ci ildə Tomsk Dövlət Universitetinin professoru S.A.Teplouxov (1888-1934) tərəfindən e.ə. XXII-IX əsrləri əhatə edən “Tunc dövrü mədəniyyətinin mərhələsi” ayrılmış, coğrafi məkan hüdudları kimi Aral/Ural dağlarının cənubundan başlayaraq Qazax çölləri,
Qərbi Sabur/Sabir-Sibir düzəngahının cənub hissəsi və Minsulu vadisinədək ərazilər qəbul edilmişdir. Bu köçəri Türk mədəniyyəti səhifələrində metal emalının təşəkkülü, sənətkarlığın yaranması, silah və əmək vasitələrinin istehsalı, şəhərlərin əsasının qoyulması, dini-saktal təlimlərin keçirilməsi...sahəsində bəşəri tərəqqi nümunələri yer almışdır.
Qədim Türk xalqlarının müxtəlif ailə altqruplarına və dil sözbağlarına malik qəbilə-tayfa birliklərinin Avrasiya qurusu hüdudlarından kənara çıxan qolları 10-15 min il əvvəl Amerika qitəsinə keçən etnoslarının köç yolları zəngin etnodemoqrafik və tarixi-coğrafi səhifələri, ilkin dünyəvi Təbəddülat çağlarını özündə birləşdirir.
Təbii, ətraf mühit sisteminin bütövlüyü, İlahi Haqqın/Tək Tanrıçılığın təsəvvüfü ruhu, bəşəri dəyərlərə mistik inancın timsalında Türk köçəri mədəniyyətinin dinamik inkişafını şərtləndirən amillər sırasında Tarix-Zaman anlamı əsas yer tutduğundan Avrasiya qurusu bütünlükə bu sivilizasiya ocaqları ilə şaxələnmişdir-Üst Paleolit dövründən başlayaraq.
Bu baxımdan Türk qəbilə-tayfa birliklərinin məkanca köçəri mədəniyyətinin tarixi-coğrafi bölgü sistemi Avrasiya qurusunun bütün hissələrini əhatə edir. Nümunə kimi, Yeni Su/Yenisey və İti(l)/Volqa çaylarının yuxarı hövzələrini qeyd etmək olar, biri Minsulu vadisində, digəri Hun/Fin-Uyğur/Uqor düzənliyində aşkar edilmiş “Köçəri Türk mədəniyyəti ocaqları”nı göstərmək olar (aralarında 3 min km-dən artıq məsafə fərqi var). 1914-cü ildə Minsulu vadisində Üzür çayının mənsəbində eyni adlı nahiyənin ərazisində, Qulunca gölündən şimal-qərbdə, İstisu çayı sahillərində aşkar edilən arxeoloji,maddi-mədəniyyət abidəsi e.ə. XXII-IX əsrlərə aid edilib, Çöl mədəniyyətinin tərkib hissələrinin (metal emalının mövcudluğu, şəhər və kənd yaşayış məntəqələrinin salınması, dini-sakral dəyərlərin qorunması, silah və əmək vasitələrinin istehsalı, heyvandarlıq təsərrüfatlarının inkişafı...) elmi-nəzəri qiymətləndirilməsi əski Türk qəbilə-tayfa İttifaqlarının təkamül səviyyəsini sübut etmişdir ki, Tomsk Dövlət Universitetinin professoru S.A.Teplouxov (1888-1934) 1927-ci ildə bu maddi abidə məkanını Təbaddülat mərhələsi kimi ayırmışdır.
Avropa qitəsinin şimalında Ağ və Qara dəniz hövzələrində əski Hun-Uyğur etnosoyluların milli-bədii eposları “Kəl Bala/Kalebalı” adlanır, İti(l)/ Volqa çayı sahilində Kəl Ağa/Kaluqa şəhəri yerləşir, eləcə də, e.ə.I minilliyin sonlarına məxsus maddi-mədəniyyət abidələrinə də İti(l)/ Volqa çayı hövzəsində aşkar edilmişdir, Qasım Ulu Muhammad xan oğlunun (1429-1469) yaratdığı dövlətin sərhədləri hüdudunda (hazırda Ryazan vilayətində “Qasımov” şəhəri adlanır) ”Qoşubəy mədəniyyət abidəsi” kimi qeyd edilir.
Qədim “Türk dünyası coğrafiyası”nın səhifələrində Qarabağ bölgəsinin Azıx/Quruçay mədəniyyətinin də 350-400 minillik tarixini yaşadan maddi-mədəni izinə rast gəlinir. Digər bir tarixi-təbiət abidəsi isə Aral/Ural dağının qərb yamacları yaxınlığında Gur Hun/Kunqur şəhəri və eyni adlı çayın sahillərində 10 minillik mağara qədim köş yolunun üstündə yerləşmişdir.
Coğrafi landşaft örtüyü kimi genişliyi özündə ehtiva edən intəhasız Çöl düzəngahının minilliklərlə formalaşmış mədəniyyətinin əsas aspektləri sırasında:
-formalaşmış etnocəmiyyətin sistemli halda inkişafı nəzərə çarpır ki, ümumi etnoailə və dil qruplarının yayıldığı Avrasiya qurusunun bütün cəhətlərində vahid coğrafi məkan daxilində e.ə.VIII-VII minilliklərdən başlayaraq sistemli
birliklər halında etnoüstünlük (ilkin mistik-ilahi inancların yaranması, Tək Allahlığın-Tanrıçılığın, Şamançılığın meydana gəlməsi timsalında) qazanmış, sakral Dəclə-Fərat çaylarının, Aralıq dənizi hövzəsindən Böyük/Sakit Ümman
sahillərinədək geniş enlik qurşağını əhatə etmişdir. Sarı Türklərin sahillərində məskinlaşdığı Sarı çay yatağından Bəyaz Türklərin Qara dəniz/Quzey Buzlu Ümmana kimi, Çöl/Biçənək Türklərinin yovşanlı-saksöyüllü düzəngahından Alp/Ərən dağlarınadək uzanan çöllərdə, Aral, Xəzər, Qara və Aralıq dənizləri boyunca daimi ocaq quran Göy Türklər və onların xələfləri (Qıpçaq, Hun, Uyğur, Quz, Sak/İskit, Gur Quz/Oğuz...boyları) artıq e.ə.VI-V minilliklərdə protoTürk dilli vahid etnik cəmiyyət halında birləşmişlər.
-dini-sakral düşüncənin fəlsəfi köklərinin rişə atdığı dünyadərkinin yaranması ona görə mümkün olmuşdur ki, onların İlahi Haqqa tapınması-Tanrının/Tenqrinin bəşəri dəyərlər ödülünün yaradıcısı kimi dünya xalqları tərəfindən qəbul edilməsi qaçılmaz olmuşdur, dünya fəlsəfi fikir təlimlərinin meydana gəlməsi ilə nəticələnmişdir (qədim dövr Yunan fəlsəfəsinin -erkən Ellin dövrü, Milet, Böyük və Kiçik Sufi məktəbləri...məzmununa, XVIII əsr fransız maarifçiliyinin – Ş.L.Monteskyö (1609-1755), F.M.Aruye/Volter (1694-1778), J.J.Russo (1712-1778), D.Didro (1713-1784), J.L.Alamber (1717-1783)... yaradıcılığının təməl dəyərlərinə, məram istiqamətlərinə diqqət yetirmək kifayətdir).
-Türk birliyinin bütövlüyünə təbii və ictimai, dini-irfani, fəlsəfi-mistik...amillərin minilliklərlə təsiri səciyyəvi cəhət qazandırmışdır, nəticədə digər sivilizasiya mərkəzlərinə təsir edən böyük Avrasiya qurusunda “Türk-Köçəri irs mədəniyyətinin sivilizasiya ocaqları” şəbəkəsi yaranmış, XV-XIX əsrlərdə xüsusi elmi istiqamətlərin (dini-sakral fəlsəfəsi, məntiq və estetika nəzəriyyəsi, miniatür rəssamlıq və epik-ədəbi yaradıcılıq, memarlığın Şərq üslubu...) yaranması ilə nəticələnmişdir.
Hərfi anlamda işlədilən köçəri yürüşləri xalqların böyük köşündən onunla fərqlənir ki, bu yürüşlər etnogenetik-morfogenetik yurd yerlərinin kökənli milli-mədəni dəyərlərinin zənginləşdirilməsi, elmi-mənəvi təməl prinsiplərinin genişləndirilməsi, ictimai-siyasi qurumların təkamülü...baxımından qəbul edilmiş, Təbəddülat mərhələsi kimi ayrımlış, dövlətlərin və xalqların inteqrasiyasını artırmışdır. Ona görə də “Türk xalqlarının köçəri mədəniyyəti” adicə köçərilərin həyat tərzi kimi yox, bəşər cəmiyyətinin tərəqqisinin əsas mərhələsi olaraq qəbul edilməkdədir...proqramlı-metodoloji tədqiqi üçün elmi-nəzəri əsaslara malikdir.