Kreml açıqladı: Putin Şara ilə telefon danışığı apardı


Kreml Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Əhməd əş-Şara ilə telefon danışığı apardığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kremlin məlumatına görə, telefon danışığının təfərrüatları açıqlanmayıb. Suriyanın devrilmiş lideri Bəşər Əsədin isə Rusiyada olduğu məlumdur. Əsəd Suriya məhkəməsi tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri ilə bağlı Kreml bildirib ki, Rusiya və ABŞ kəşfiyyat xidmətləri arasında əlaqələr davam edir və səfərlə bağlı Putin məlumatlandırılıb.

Kreml Rusiya-Ukrayna müharibəsi ilə bağlı da açıqlama verib. Açıqlamada Kiyev rəhbərliyinin “özünü daxildən məhv etdiyi” və “Ukraynanın müharibəni mütləq uduzduğu” iddia edilib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ