Kremlin sözçüsü Dmitri Peskov Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfər etdiyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Retkliffin dünən Rusiya paytaxtına gəldiyini bildirib. O, Rusiya və ABŞ kəşfiyyat xidmətləri arasında əlaqələrin olduğunu və bunun müsbət inkişaf olduğunu qeyd edib. Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinə Retkliff ilə əlaqələr barədə məlumat verilib.
Ukraynadakı müharibəyə də toxunan Peskov Kiyevin cəbhədə uğursuzluğa düçar olduğunu iddia edib. Onun sözlərinə görə, cəbhə xəttindəki vəziyyət bunu açıq şəkildə göstərir.
Peskov həmçinin “Kiyev hökumətinin çökməyə başladığını” iddia edərək, “Avropalıların bunu görməməzlikdən gəlməsi böyük səhv olardı”, – deyə bildirib.
Ermənistandakı vəziyyətə də münasibət bildirən Peskov ölkənin daxili siyasətdə çətin prosesdən keçdiyini deyib. O, bu proseslərin qanun çərçivəsində davam edəcəyinə ümid etdiyini bildirib.
AYtən Yaşar/ Turkustan.az