Cənubi Koreya Rusiya hərbi təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə Tanıma Zonasına (KADIZ) daxil olduğunu aşkarladıqdan sonra hərbi təyyarələrini havaya qaldırıb.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi KADIZ-də baş verənlərlə bağlı açıqlama yayıb.
“Yonhap” agentliyinin məlumatına görə, açıqlamada Rusiya hərbi təyyarəsinin dünən Cənubi Koreyanın şərqində yerləşən KADIZ-ə qısa müddətə daxil olduğu bildirilib.
Bəyanatda qeyd olunub ki, Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava məkanını pozmadan ərazini tərk edib. Hadisəyə cavab olaraq Cənubi Koreya hərbi təyyarələrini havaya qaldırıb və vəziyyəti nəzarətdə saxlayıb.
Aytən Yaşar/ Turkustan.az