ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmaq üçün təzyiq göstərməyib.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq “Clash Report”a bildirib.
“O, şəxsən Prezident Zelenskiyə Donbası və ya Donetsk bölgəsini könüllü olaraq təslim etməsi üçün təzyiq göstərməyib. Görünür, bu, Donald Trampın Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı aydın olub”, - o deyib.
Kelloq əlavə edib ki, Amerika lideri müharibənin dayandırılması üçün bütün mümkün diplomatik səyləri göstərir./teleqraf