Sosial şəbəkələrdə Ömər ibn Şeybani kimi təqdim edilən şəxslə İŞİD-in keçmiş lideri Əbubəkr əl-Bağdadi arasında diqqətçəkən vizual bənzərliyin əks olunduğu kadrlar yayılıb.
Turkustan.az xəbər verir ki, şəkillər və video-kadrlar istifadəçilər arasında geniş müzakirələrə və müxtəlif ehtimallara yol açıb.
Mütəxəssislər bildirir ki, yalnız vizual oxşarlıq bu iddiaların doğruluğunu sübut etmir. Əbubəkr əl-Bağdadinin ölümü 2019-cu ildə ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyatdan sonra DNT analizləri və kəşfiyyat məlumatları ilə rəsmən təsdiqlənib.
Ekspertlərin sözlərinə görə, kadrlardakı bənzərlik təsadüfi xarici görünüş oxşarlığı, saqqal və geyim stili, eləcə də rəqəmsal montaj və ya deepfake texnologiyasının nəticəsi ola bilər. Məsələ ilə bağlı rəsmi mənbələr hər hansı təsdiqedici dəlil təqdim etməyib.
/yenisabah.az/