AK Partiyasının sözçüsü Ömər Çelik YPG-nin ləğvi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Çelik bildirib ki, Türkiyə hər zaman Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəkləyib və Suriyanın vahid dövlət kimi gələcəyə doğru irəliləməsini istəyir.
“SDG-nin ləğvindən sonra Suriyanın daxili birliyinin gücləndirilməsi baxımından mühüm bir mərhələ keçilib”, – deyə Çelik qeyd edib.
AK Partiyasının sözçüsü həmçinin Suriya Prezidenti Əhməd əş-Şaranın rəhbərliyi ilə həyata keçirilən inklüziv idarəçilik siyasətinin ölkənin keçmişin problemlərindən qurtularaq daha sabit gələcəyə doğru irəliləməsinə töhfə verdiyini bildirib.
Çelik vurğulayıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını və ölkənin vahid şəkildə inkişaf etməsini dəstəkləməyə davam edəcək.
Aytən Yaşar/ Turkustan.az