Xəzər dənizində suyun səviyyəsinin çəkilməsi fonunda yeni ada meydana gəlib.
Turkustan.az xəbər verir ki, bu barədə "Caspian Holiday" şirkətinin təsisçisi Yerbolat Muxaşov "Lada.kz" nəşrinə açıqlamasında bildirib.
Yerbolat Muxaşov Xəzər dənizinin şimal hissəsində, xüsusən Xəzər suitilərinin məskunlaşdığı adalar qrupunda (Kulalı, Morskoy, Svyatoy, Podqornıy, Uşaral, Mayakşıqqan, Dolqiy) son 4-5 ildə suyun səviyyəsinin düşməsi ilə əlaqədar yeni adaların üzə çıxdığını qeyd edib.
"Yeni meydana gələn adalardan biri 'Rıbaçiy' adlanır və Svyatoy adasından şərqdə yerləşir. Bu ada Svyatoy adasından təxminən 500 metr şərqdə, Bautino kəndindən isə təxminən 30 kilometr məsafədədir", – deyə o bildirib.
Yerbolat Muxaşov vurğulayıb ki, bu adaların əsas sakinləri canavarlardır. Burada həmçinin vəhşi qabanlara və porsuqlara da rast gəlinir. Sahil sularında və adalarda müxtəlif balıq və quş növləri yaşayır.
Bizim.Media