İraq hökumətinin ölkədə silahların dövlət nəzarətinə keçirilməsi istiqamətində səyləri siyasi dairələr və silahlı qruplar arasında müzakirə olunmaqda davam edir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiya Qüvvələrinin İraqdakı missiyasının sentyabrın 30-da başa çatması bu prosesi mühüm dönüş nöqtəsinə çevirir.
Bəzi İraq milis qruplarının hələ də silahlarını təhvil verməməsinin səbəbləri ilə bağlı suala cavab verən İraq Baş nazirinin təhlükəsizlik müşaviri Qasim əl-Əraci bunun “bölgədəki mövcud şəraitlə” əlaqəli olduğunu bildirib.
Bağdad hökuməti silah gəzdirmək və ondan istifadə etmək səlahiyyətinin yalnız dövlət qurumlarına məxsus olduğunu vurğulayır. Lakin bəzi şiə silahlı qrupları silahlarını təhvil verməyə ehtiyatla yanaşırlar. Nücəba Hərəkatı, Ənsarullah əl-Əvfiyyə, İraq Hizbullahı və Kataib Seyyid əl-Şühəda kimi qruplar müxtəlif vaxtlarda silahlarını təhvil vermək niyyətində olmadıqlarını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az