Xeyirxahlıq və şəfqətin ünvanı – Mehriban Əliyeva


ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi olduqca məsuliyyətli bir vəzifəni üstünə götürməklə də həm dövlət idarəetmə sisteminin effektivliyinin yüksəlməsində, həm də hakimiyyət-cəmiyyət dialoqonun inkişaf etməsində rol oynadı. Əslində dünya təcrübəsinə baxsaq görərik ki, bir çox hallarda bu vəzifə formal xarakter daşıyır. Bizdə isə bu institut kifayət qədər effektiv bir dövlət idarəetmə orqanına çevrildi. Bunun əsas səbəbi isə Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti cəmiyyət üzvlərinin inamını doğrultmaq istəyindən ibarət idi. Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. O, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını tək-tək qəlbinə köçürüb. Yaxşılığı, xeyirxahlığı gündəlik işi bilən Mehriban xanım Əliyeva hər kəsə nur paylayır. Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya, idman və digər istiqamətləri əhatə edir. Onun müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən fəaliyyəti cəmiyyətin həyatında Mehriban xanım özünü reallaşdıra bilən harmonik, məqsədyönlü və güclü qadınların etalonuna çevrilib. Azərbaycan qadınları Mehriban xanımın timsalında təkcə lider və ictimai xadim deyil, həm də ehtiyacı olanların hamısına yardım əli uzadan etibarlı arxa, doğma insan görürlər.

Mehriban xanım Əliyevanın adı, şübhəsiz ki, hər zaman müasir dünyanın görkəmli qadınları sırasında olacaq. Onun səsi hər zaman diplomotiya dünyasında eçidiləcək. Azərbaycanın birinci xanımı sivilizasiyaların qlobal dialoquna müstəsna töhfə verib. Mehriban xanımın rəhbərliyi ilə bir çox əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mədəni dəyərlərin qorunub saxlanması və dünyaya təqdim olunmasına töhfə verir, istedadlı gəncləri – idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə adama sağlamlığını və ümidini qaytarıb. Bütün bunlar bir məqsədlə - xalqının və Vətəninin rifahına xidmət məqsədi ilə edilib. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi əbədiyaşar dəyərlərin təsdiqinə xidmət edir.

Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və yardımsevərlik ənənələri dirçəldildi.

Sahilə Rafiq qızı İbrahimova

ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili

kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

[email protected]

+994 50 303 17 12


MANŞET XƏBƏRLƏRİ