Təyyarə ilə gələn ağcaqanadlar iki nəfərin həyatına son qoydu


Almaniyanın Frankfurt hava limanında çalışan altı nəfərin malyariyaya yoluxduğu, onlardan ikisinin həyatını itirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Almaniya Xəbər Agentliyi DPA-nın Frankfurt Səhiyyə Departamentinə istinadən verdiyi məlumata görə, yoluxan şəxslərin hamısında malyariyanın ən ağır növlərindən biri olan “Malaria tropica” aşkarlanıb.

Məlumata görə, işçilərdən biri iyul ayında, digəri isə avqust ayında vəfat edib. İlk ölümün səbəbi sonradan müəyyənləşdirilib.

Malyariyaya yoluxan digər dörd işçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Səhiyyə orqanları xəstəliyin malyariyanın geniş yayıldığı bölgədən təyyarə ilə Frankfurt hava limanına gətirilən ağcaqanadlar vasitəsilə yayıldığını ehtimal edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ