İsveç Ukraynanın müdafiəsinə 28 milyon dollar ayıracaq


İsveç Ukraynanı dəstəkləyən bir sıra çoxtərəfli fond və təşəbbüslərə əlavə olaraq 270 milyon İsveç kronundan (təxminən 28,3 milyon dollar) çox vəsait ayıracaq.

Turkustan.az xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət İsveç Silahlı Qüvvələrinə Ukraynanın müdafiəsini dəstəkləmək məqsədilə vəsaiti müxtəlif fond və təşəbbüslər arasında bölüşdürməyi tapşırıb. Yardımın əsas istiqamətlərindən biri hava hücumundan müdafiə olacaq.

İsveç ABŞ-ın rəhbərlik etdiyi və NATO tərəfindən koordinasiya olunan PURL təşəbbüsünə də əlavə 14 milyon dollar (təxminən 133 milyon İsveç kronu) ayıracaq.

PURL mexanizmi çərçivəsində ABŞ müttəfiq və tərəfdaş ölkələrin maliyyələşdirdiyi yardım paketləri hesabına Ukraynaya ABŞ istehsalı olan silah və hərbi avadanlıqlar təqdim edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ