Rusiyadan YENİ QAYDA: 50 min cərimə və deportasiya - azərbaycanlılar da...


Rusiyada sentyabrın 1-dən əcnəbi vətəndaşlarla bağlı yeni qaydalar qüvvəyə minir. Xüsusilə Rusiyada 90 gündən artıq qalmağı planlaşdıran əcnəbilər üçün məcburi tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir. Yəni Rusiyaya gedən və uzunmüddətli qalmağı planlaşdıran miqrantlar bundan sonra tibbi müayinə məsələsini daha qısa müddətdə həll etməli olacaqlar.

Bu dəyişiklik Rusiyada yaşayan və işləyən azərbaycanlılara da aid ola bilər. Bəs yeni qayda konkret olaraq kimlərə şamil ediləcək? Azərbaycandan Rusiyaya işləmək üçün gedən vətəndaşlar hansı prosedurlardan keçməli olacaqlar? 30 günlük müddəti ötürən miqrantı hansı cəza gözləyir? Tibbi müayinədən keçməmək ölkədən çıxarılma və ya qalma müddətinin azaldılması ilə nəticələnə bilərmi?

5 hərfli adında 3 səhv buraxanlar vəkil oldu

Turkustan.az xəbər verir ki, vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə 157-FZ saylı yeni dəyişiklik qüvvəyə minib: Yeniliyə əsasən, ölkəyə daxil olan miqrantlar yalnız 90 günlük deyil, hətta 30 gün müddətinə qaldıqları halda bile mütləq tibbi müayinədən keçməli və nəticələr barədə elektron arayışı müvafiq sistemə yükləməlidirlər. Bu tələblər əsasən üç kateqoriyadan olan şəxslərə — Rusiya Federasiyasına müvəqqəti gələnlərə, ölkədə daimi yaşamaq istəyənlərə və müvəqqəti əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olanlara şamil edilir.

Qanunvericiliyin tələblərini pozan şəxsləri ağır sanksiyalar gözləyir. Qaydaları pozan miqrantlar 25 min ilə 50 min rubl arasında inzibati cərimə oluna və ya 3 ildən 5 ilə qədər müddətə ölkədən deportasiya edilə bilərlər. Şərtləri ümumiyyətlə yerinə yetirməyən şəxslərin isə ölkədən çıxarılaraq Rusiya Federasiyasına girişinə birdəfəlik qadağa qoyulması barədə qərarın çıxarılması nəzərdə tutulur.

Bu səbəbdən Rusiyada yaşayan və ya işləmək istəyən Azərbaycan vətəndaşları yeni miqrasiya qaydalarına xüsusi həssaslıqla yanaşmalıdırlar. Vətəndaşlarımız miqrasiya qeydiyyatını vaxtında tamamlamalı, tələb olunan sənədləri müvafiq qurumlara təqdim edərək tibbi müayinədən və digər rəsmi prosedurlardan ləngimədən keçməlidirlər”.


MANŞET XƏBƏRLƏRİ