Polşa Ukrayna ilə əməkdaşlıq çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 tutucu raketlərinin ölkə daxilində istehsalına başlamağa hazır olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, “European Pravda”nın məlumatına görə, bunu Polşanın milli müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.
Zalevski NATO-nun Şimali Atlantika Şurasının iclası çərçivəsində Polşanın PAC-3 raketlərinin istehsalını həyata keçirmək üçün lazımi imkanlara və hazırlığa malik olduğunu deyib.
O bildirib ki, PAC-3 raketlərinin ABŞ-dan kənarda, o cümlədən Avropada istehsalının təşkili qitənin təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addım ola bilər.
Nazir müavininin sözlərinə görə, istehsalın ABŞ-dan kənarda yerləşdirilməsi Vaşinqton üçün də əhəmiyyətlidir. Buna səbəb ABŞ müdafiə sənayesində PAC-3 raketlərinin istehsal gücünün məhdud olmasıdır.
Aytən Yaşar/ Turkustan.az