“Qarabağ” – “Tvente” matçının başlama saatı dəyişdirildi – SƏBƏB


Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşmasının başlama saatı dəyişdirilib.

Turkustan.az xəbər verir ki, buna səbəb Bakıda hökm sürən əlverişsiz hava şəraitidir.

Məlumata görə, qarşılaşmanın startı 15 dəqiqə gecikdirilib. Beləliklə, oyun saat 20:15-də başlayacaq./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ